Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Çaparlı kəndində vətəndaşları qəbul edib

17 oktyabr 2019 | 11:00

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 17 oktyabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə rayonun Çaparlı kənd sakinləri ilə görüşüb, 121 nəfər sakin fərdi qaydada dinlənilib, qaldırılan məsələlər barədə aidiyyəti təşkilat rəhbərlərinə göstərişlər verilib. Səyyar görüş-qəbulda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tahir Kərimli iştirak edib.
  RİH başçısı “18 oktyabr – Dövlət Müstəqillik Günü” münasibətilə vətəndaşları təbrik edərək bu əlamətdar gün haqqında danışıb. Bildirib ki, Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin 28-ci ildönümüdür. Son 100 ildə Azərbaycan xalqı 2 dəfə öz müstəqilliyinə qovuşmaq imkanı qazandı. 1918-ci ildə Azərbaycan birinci dəfə özünün müstəqilliyini elan etmiş və 23 ay fəaliyyət göstərmişdir. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi. Həmin dövrdən etibarən Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin yaradılması və ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarlar qəbul etdi. Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kursu Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmişdir.  Neft strategiyası, enerji layihələri ilə bağlı, həmçinin sosial-iqtisadi islahatlara start verildi. Bu islahatlar bizim rayonumuzda da həyata keçirilir, yeni məktəblər, uşaq bağçaları tikilir, əhəmiyyətli yollar yenidən qurulur. Bir sözlə, rayonumuz da respublikda gedən sürətli inkişafdan bəhrələnir. Ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət onu deməyə imkan verir ki, müstəqillik yolunda xalqımızı yalnız xoşbəxt gələcək gözləyir.  
  Ölkədə həyata keçirilən uğurlu isahatlardan danışan Milli Məclisin deputatı Tahir Kərimli növbəti il üçün dövlət büdcəsinin müzakirəsi zamanı rayonun iqtisadi və sosial həyatında mühüm əhəmiyyət kəsb edən Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun çəkilməsi məsələsini gündəmə gətirəcəyini vurğulayıb. Bildirib ki, bir sıra kəndlərin telefonlaşdırılması və internetlə təmin olunması ilə bağlı aidiyyəti təşkilatlarla müzakirələr aparılıb.
  Müraciətlərin əksər hissəsi zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı olub. Vətəndaşlara izah olunub ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən rayon ərazisində  evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq işlər icra olunacaqdır. Bundan əlavə səyyar qəbulda kəndin içməli su təminatının yaxşılaşdırılması, əhalinin sıxlığı nəzərə alınaraq əlavə transformator yarımstansiyasının quraşdırılması, fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin olunması üçün dayaq verilməsi, kəndarası yolların təmiri, pambıq əkini üçün icarəyə torpaq sahəsi verilməsi və sair məsələrlə bağlı təkliflər səsləndirilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. 
  Görüş səmimi və diskusiya şəraitində keçib və sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Keçidlər