Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində "Açıq dərs" formasında ekskursiyalara start verilib

15 oktyabr 2019 | 11:00

15 oktyabr 2019-cu ildə Heydər Əliyev Mərkəzində Ağsu şəhər 3 saylı tam orta məktəbin VII sinif şagirdləri və tarix müəllimi Ülviyyət Soltanovanın iştirakı ilə "Davamlı inkişafı təmin edəcək müdrik seçim" adlı dərs keçirilib.
  Aparılan tədris ekskursiyasında məktəblilərə bildirilib ki, Prezident İlham Əliyev Heydər Əliyevin xilas edərək davamlı inkişaf yoluna çıxartdığı müstəqil Azərbaycanı son 16 ildə inamla irəliyə doğru aparmış, onun uğurlarına hesablanmış məqsədyönlü və uzaqgörən siyasət yürütmüşdür.
  Maarifləndirmə məqsədilə keçirilən bu formatda dərslər tədris ilinin sonuna qədər davam edəcəkdir.

Keçidlər