Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” Ağsu rayonunda 30 gün ərzində sakinlərə xidmət göstərəcək

07 oktyabr 2019 | 11:00

Səyyar “ASAN xidmət” Ağsu rayonuna gəlib və 30 gün ərzində rayon sakinlərinə xidmət göstərəcək.
  Oktyabrın 4-də Azərbaycan küçəsinin Heydər  Parkına giriş hissəsində fəaliyyətə başlayan “ASAN xidmət”ə müraciət edən vətəndaşların sayı günbəgün artır. Fəaliyyətə başladığı ilk iki gündə 244 nəfər bu xidmətdən yararlanıb. Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
  Rayon sakinlərinə göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
  Səyyar “ASAN xidmət”ə müraciət edən sakinlər funksional yardım xidmətlərindən də yararlanırlar. Bu xidmətlərə, həm də qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.

Keçidlər