Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçirib

03 oktyabr 2019 | 11:00

Oktyabrın 3-də Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev Maşadqanlı kəndində səyyar qəbil keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmışdır. Eyni zamanda ərazidə mövcud çatışmazlıqlardan və həlli vacib problemlərdən də danışılmışdır.

   Vətəndaşlar tərəfindən işlə təminat, kənd sakininin müalicəsinin təmin olunması, fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərinin tikintisi və təmiri, kənd məktəbində şəhid M.Mirzəməmmədovun xatirə lövhəsinin yaradılması, Maşadqanlı kəndini Ərəbuşağı və Ağalarbəyli yaşayış məntəqələri ilə əlaqələndirən asma piyada körpünün bərpası, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə "Ağsuçay"da şlüz qoyulması, subartezian quyusunun qazılması, kənddə gələn yolun əsaslı təmiri, elektriklə təchizatda çoxsaylı fasilələrin aradan qaldırılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib.

  Müraciət və təkliflər araşdırılaraq nəzarətə götürülməklə onların icrası ilə bağlı vətəndaşlara  qanunauyğun izahat verilib, həmçinin aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. 


 

 

Keçidlər