Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Padar kəndində vətəndaşları qəbul edib

18 sentyabr 2019 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Padar kəndində vətəndaşları qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Qalib Əsgərov iştirak edib.


  Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların  irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həllinə imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla qarşılanır. Kənd sakinləri çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə həyata keçirilən məqsədyönlü tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər.
  

  Görüşdə vətəndaşlar tərəfindən əsasən kənd təsərrüfatı məqsədləri üçün icarəyə torpaq sahəsi ayrılmasına, kənddə uşaq bağçasının açılmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, Bakı-Şamaxı-Yevlax magistral yolundan kəndə ayrılan 7 km yolun asfaltlaşdırılmasına, ünvanlı dövlət sosial yardımı təyinatına köməklik göstərilməsi və bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.


  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib.


Keçidlər