Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ülgüc kəndində səyyar qəbul keçirib

15 avqust 2019 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ülgüc kəndində vətəndaşları qəbul edib. 

  Görüşdə vətəndaşlar tərəfindən şəhid ailəsinin məzillə təmin edilməsinə, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə, fevralın 5-də baş vermiş zəlzələdən ziyan çəkmiş evlərin bərpasına köməklik göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib.


Keçidlər