Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub

29 iyul 2019 | 11:00

İyulun 29-da Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tərəfindən Azərbaycan  Respublikasının  Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə təltif olunmuş İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı Orucov Mirqubat Oruc oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.

  Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə təkcə böyük siyasət adamı və görkəmli  dövlət xadimi kimi deyil, eyni zamanda,  müasir Azərbaycan dövlətinin  qurucusu və bir nömrəli dövlət qulluqçusu kimi daxil olub. Ulu Öndərin dövlət qulluğu sahəsində apardığı  siyasətin  bu gün Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq Azərbaycanda yüksək intellektə malik insan kapitalının formalaşması istiqamətində gördüyü tədbirlərdən danışıb.

  Sonda Mirqubat Orucov ona göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Keçidlər