Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Nəmirli kəndində vətəndaşlarla görüş keçirib

16 iyul 2019 | 11:00

 Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Nəmirli kəndində vətəndaşlarla görüş keçirib.

  Səyyar qəbulda vətəndaşlar Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunu Nəmirli kəndi ilə əlaqələndirən 15 km yolun əsaslı təmiri, elektrik verilişində yaranan fasilələrin aradan qaldırılması, həyətyanı torpaq sahəsi almış vətəndaş tərəfindən zəbt olunmuş kənd yolunun açılması, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə torpaq sahəsi götürülməsi, kəndin telefonlaşdırılması və digər yerli əhəmiyyətli sosial problemlərin həlli ilə əlaqədar xahiş və təkliflər səsləndiriblər.


  Vətəndaşların müraciət və təklifləri araşdırılaraq nəzarətə ötürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər