Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Muradlı kəndində vətəndaşları qəbul edib

20 iyun 2019 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Muradlı kəndində vətəndaşları qəbul edib.
  Səyyar qəbulda vətəndaşlar kəndin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, subartezian quyusunun təmiri, əlillik  təyini və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndiriblər.
  Vətəndaşların müraciət və təklifləri araşdırılaraq nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər