Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər nazirinin müavini vətəndaşları qəbul edib

14 iyun 2019 | 11:00

İyunun 14-də Vergilər nazirinin müavini Mətin Eynullayev Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
  Qəbulda vergi qanunvericiliyi və inzibatçılığı, həmçinin vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, vergi orqanlarına işə qəbul və bərpa olunma ilə bağlı bir sıra məsələlərə baxılıb.
  Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

Keçidlər