Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Kəndoba kəndində vətəndaşlarla görüş keçirib

03 iyun 2019 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəndoba kəndində vətəndaşlarla görüş keçirib.

  Səyyar qəbulda vətəndaşlar torpaq vergisinin toplanmasının yaxşılaşdırılması, taxil biçini üçün müəyyən edilmiş yığım pulunun aşağı salınması, arıçılığın inkişaf etdirilməsi ilə bağlı subsidiya verilməsi, Kəndoba kənd tam orta məktəbi üçün yeni binanın inşası və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndiriblər.

  Vətəndaşların müraciət və təklifləri araşdırılaraq nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.


Keçidlər