Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Çaparlı kəndində vətəndaşları qəbul edib

30 may 2019 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Çaparlı kəndində vətəndaşları qəbul edib.
  Səyyar qəbulda vətəndaşlar kənd təsərrüfatı işləri ilə əlaqədar texnikaların rahat hərəkətini təmin etmək məqsədilə 4 yerdə qaz xəttinin küçə keçidinin qaldırılması, fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yenidən tikintisinin icrası, uçmuş yaşayış evinin bərpadan sonra istismara yararsız vəziyyətə düşmüş qaz sayğacının yenisi ilə əvəz edilməsi, rayon icra hakimiyyətində başçı tərəfindən şəxsən qəbul edilməsi və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndiriblər.
  Vətəndaşların müraciət və təklifləri araşdırılaraq nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər