Şriftin ölçüsü :

Saytın rəngi :

“28 May – Respublika Günü”nə həsr olunmuş voleybol yarışı keçirilib

23 may 2019 | 11:00

Ağsu rayon Gənclər və İdman İdarəsi, Ağsu rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında “28 May – Respublika Günü”nə həsr olunmuş voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.
  Mayın 22-23-də Ağsu şəhər A.Nadirov adına 1№-li məktəb-liseydə olimpiya sistemi üzrə kecirilən bu yarışda 13 ümumtəhsil tam orta məktəbindən 125  idmançı iştirak edib. 
  Yarışın nəticələrinə görə I yerə S.Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin, II yerə V.Məmmədov adına Çiyni kənd tam orta məktəbin, III yerlərə isə H.Hüseynov adına Qaraqoyunlu və M.Kərimov adına Növcü kənd tam orta məktəblərinin komandaları layiq görülüb.
   Qalib komandalara Ağsu rayon Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri  təqdim olunub.

Keçidlər