Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı İlxıçı kəndində vətəndaşları qəbul edib

23 may 2019 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq-mühafizə orqanları, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə İlxıçı kəndində vətəndaşları qəbul edib.

  Səyyar qəbulda vətəndaşlar suvarma suyu ilə təminatın yaxşılaşdırılması, eyni inzibati ərazi dairəsinə daxil olan və qonşu ərazidə yerləşən Hacısəmədli kəndinin telefonlaşdırılması, zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evlərinin bərpası və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar təkliflər səsləndiriblər.

  Sakinlərin müraciət və təklifləri araşdırılaraq nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər