Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ərəbsarvan kəndində vətəndaşları qəbul edib

18 aprel 2019 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ərəbsarvan kəndində vətəndaşları qəbul edib.
  Səyyar qəbulda sakinlər tərəfindən işlə təminat, ünvanlı dövlət sosial yardımı təyini, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, kəndin telefonlaşdırılması, məktəbə gələn yolun asfaltlaşdırılması, sahil mühafizəsi məqsədilə “Girdiman” çayının kənd ərazisindən keçən hissəsində axın istiqamətinin dəyışdirilməsi və digər yerli əhəmiyyətli məsələlərin həllinə kömək göstərilməsi ilə əlaqədar təkliflər irəli sürülüb.
  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
  Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov səyyar qəbulda iştirak edib.

Keçidlər