Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel zəfərinin üçüncü ildönümünə həsr olunan tədbir keçirilib

07 aprel 2019 | 11:00

Aprelin 7-də Bico kəndində Aprel döyüşlərində şəhid olan Azərbaycan Ordusunun giziri Toğrul Fərəczadənin məzarı ziyarət edilib, şəhidin ev-muzeyinə baxılıb.
  Aprel zəfərinin üçüncü ildönümü ilə əlaqədar keçirilən rayon tədbirində Aprel şəhidlərinə həsr edilən video-çarx nümayiş etdirilib. Ədəbi-bədii kompozisiya iştirakçılarda erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri ağır günlərin xatirələrini, tarixi qələbəmizlə qazanılan şanlı günlərin sevincini yaşadıb.
  Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Tahir Kərimli və başqaları çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən, yüksək döyüş qabiliyyətindən, torpaqlarımızı erməni işğalçılarından hər an azad edə biləcək qüdrətə sahib olmasından danışıblar.

Keçidlər