Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Şahbəyli kənd sakinlərini qəbul edib

04 aprel 2019 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şahbəyli kənd sakinlərini qəbul edib.

  Səyyar qəbulda vətəndaşlar tərəfindən kəndin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə hazırda istifadəyə yararsız vəziyyətdə olan 1 ədəd subartezian quyusunun təmiri, pambıq əkini məqsədilə torpaq sahələrinin ayrılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar təkliflər səsləndirilib.

  Sakinlərin müraciət və təklifləri nəzarətə götürülüb, onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər