Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kənd sakinlərini qəbul edib

14 mart 2019 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Maşadqanlı kənd sakinlərini qəbul edib.
  Səyyar qəbulda vətəndaşlar tərəfindən kəndə gələn yolun cari təmiri, tam orta məktəb üçün yeni binanın tikintisi, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar təkliflər səsləndirilib.
  Sakinlərin müraciət və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər