Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağsu şəhidləri” kitabının təqdimatı keçirilib

21 fevral 2019 | 11:00

Fevralın 21-də rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində müəllifi Raqif Nazimoğlu olan “Ağsu şəhidləri”  kitabının təqdimat mərasimi keçirilib.
  
  Tədbirdə şəhid ailələri, ictimaiyət nümayəndələri, rayon ziyalıları və qonaqlar iştirak ediblər. Öncə tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Təqdimat mərasimini giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev respublikamızın müstəqilliyi, torpaqlarımızın erməni qəsbkarlarından müdafiəsi uğrunda həlak olmuş şəhidləri anıb və onların qəhrəmanlıqlarından söhbət açıb. Digər çıxış edən natiqlər də şəhidlərin ölməzliyindən danışıblar. Vətənpərvərlik mövzusunda tədbirlərə üstünlük verilməsinin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bu kimi tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd ediblər. “Ağsu şəhidləri” kitabın müəllifi çıxış edərək şəhidlərlə bağlı yazılarını davam etdirəcəyini bildirib.
   
   Tədbir iştirakçılarına “Ağsu şəhidləri” kitabının nüsxələri paylanılıb. Tədbirdə rayon məktəblilərinin ifasında şəhidlərə həsr edilmiş şeirlər söylənilib.

Keçidlər