Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fətəlizadə Rüfət Nazim oğlunun anım günü qeyd olunub

17 fevral 2019 | 11:00

Ağsu şəhərinin Şəhidlər Xiyabanında keçirilən tədbirdə çıxış edənlər şəhid Rüfət Fətəlizadənin göstərdiyi qəhrəmanlıq və onun igidliyindən söhbət açıblar.
  Vurğulanıb ki, şəhid  Fətəlizadə  Rüfət  Nazim  oğlu  1995-ci  il  fevralın  17-də Ağsu  rayonunun  Padar  kəndində  anadan  olub.  Rüfət  uşaq  yaşlarından  idmanın  boks  növü  ilə  məşğul  olub  və  yaşadığı  Rusiyada  keçirilən  yarışlarda  dəfələrlə  qalib  gələrək  Azərbaycan  bayrağını  yüksəklərə  qaldırıb.
  Qeyd olunub ki,  Rüfət  Fətəlizadə  2014-cü  ilin yanvar  ayında  Ağsu  rayonundan  həqiqi  hərbi  xidmətə  çağırılıb. O, 09  avqust  2014-ci  ildə  cəbhənin  Tovuz  rayonu  istiqamətində  Azərbaycan-Ermənistan  qoşunlarının  təmas  xəttində  döyüş  tapşırığını  yerinə  yetirərkən  şəhid  olub. 
  Düşmənin  həmləsini  dəf  edərkən  qəhrəmancasına   şəhid  olan  əsgər  Rüfət  Fətəlizadə   ölümündən  sonra  "Hərbi xidmətdə  fərqlənməyə  görə"  3-cü  dərəcəli  medal  ilə  təltif  edilib.
  Şəhidin böyüyüb boya-başa çatdığı Padar kəndində onun şərəfinə bulaq inşa olunub və ev muzeyi yaradılaraq ziyarətçilərin istifadəsinə verilib.


 

Keçidlər