Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Qəşəd kəndində səyyar qəbul keçirib

14 fevral 2019 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qəşəd kəndində səyyar qəbul keçirib.

  Səyyar qəbulda vətəndaşlar tərəfindən kəndin telefonlaşdırılması, ünvanlı dövlət sosial yardımı almaq üçün kömək göstərilməsi, elektrik təsərrüfatının yaxşılaşdırılması işlərinin aparılması və məhəllə yolunun cari təmiri ilə əlaqədar təkliflər səsləndirilib.

  Sakinlərin müraciət və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər