Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ülgüc kəndində vətəndaşları qəbul edib

17 yanvar 2019 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ülgüc kəndində vətəndaşları qəbul edib.

  Səyyar qəbulda kənd sakinləri tərəfindən yeni məhəlləyə paylayıcı elektrik xəttinin çəkilməsi, içməli su ilə təminatının yaxşılaşdırılması, pay torpaq sahəsinin sərhədlərinin təyin edilməsi və ünvanlı dövlət sosial yardımı almağa kömək göstərilməsi ilə əlaqədar təkliflər irəli sürülüb.

  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər