Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Cəlayir kəndində səyyar qəbul keçirib

10 yanvar 2019 | 11:00

Yanvarın 10-da rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Cəlayir kəndində səyyar qəbul keçirib.

  Səyyar qəbulda vətəndaşlar tərəfindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması məqsədilə torpaqların şoranlaşmadan mühafizəsi üçün irriqasiya işlərinin aparılması, fərdi ev inşası və baramaçılığın inkişafı məqsədilə tut tinglərinin əkilməsi üçün torpaq sahələrinin ayrılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, Cəlayir kənd tam orta məktəbinin yardımçı sinif otaqlarının təmiri və digər sosial məsələlərin həlli ilə əlaqədar təkliflər səsləndirilib.

  Sakinlərin müraciət və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər