Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi təntənəli surətdə qeyd olunub

28 dekabr 2018 | 11:00

Ağsu şəhərinin mərkəzində, Heydər Parkında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi təntənəli  surətdə qeyd olunub.
  Səhər saatlarında parka gələn rayon rəhbərləri, idarə və təşkilatların kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri  ilk öncə burada ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər düzüblər.
  Açıq havada keçirilən izdihamlı mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib.
  Rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzovun təbrik nitqində, eləcə də icra hakimiyyəti başçısı aparatının ictimai-siayasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mirqubat Orucovun “Azərbaycan – dünya azərbaycanlılarının vətəni” mövzusundakı məruzəsində qeyd olunub ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları - soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gündür. Həmrəylik gününün dövlət bayramı statusunu alması, dünya azərbaycanlıları birliyinin formalaşdırılaraq bügünkü səviyyəyə çatması üçün ulu öndərimiz, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevə borcluyuq.
  Vurğulanıb ki, ümummilli liderimiz Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılarda milli ruhun yüksəlməsi ilə əlaqədar səmərəli və ardıcıl fəaliyyəti ilə, milli-mənəvi dəyərlərimizin təbliğinə və qorunmasına əlverişli şərait yaratmaqla dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.
  Bayram tədbiri parkda, açıq havada rəngarəng konsert proqramı ilə davam etdirilib. Yolka ətrafında uşaq bağçalarının balaca fidanları və məktəblilər şənlik ediblər. Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb.

Keçidlər