Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Çaparlı kəndində səyyar qəbul keçirib

11 dekabr 2018 | 11:00

Dekabrın 11-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Çaparlı kəndində səyyar qəbul keçirib.
  Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, pambıq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün yeni su arxının qazılması, pambıq yığımını sürətləndirmək məqsədilə əlavə işçi qüvvəsinin cəlb edilməsi və digər sosial məsələlərin həlli ilə əlaqədar müraciət və təkliflər səsləndirilib.
  Sakinlərin müraciət və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər