Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər günü qeyd olunub

30 noyabr 2018 | 11:00

3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Ağsu şəhərindəki Veteranlar Evində  görüş keçirilib.
  Keçirilən görüşdə qeyd olunub ki, bu gün ölkəmizdə əlil vətəndaşların sosial müdafiəsi, onların maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlət əlillərin sağlamlıq, reabilitasiya, istirahət, texniki bərpa, ev və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını daim diqqətdə saxlayır.
  Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Mirqubat Orucov çıxışında vurğulayıb ki,  bu gün Ağsuda 2733 nəfər sağlamlığını itirən əlil, o cümlədən 90 nəfər Qarabağ müharibəsi əlili, 2 nəfər İkinci Dünya müharibəsi əlili, 38 nəfər Çernobıl əlili, 6 nəfər Əfqanıstan əlili var. Respublikamızın hər yerində olduğu kimi, Ağsuda da onlar hərtərəfli qayğı ilə əhatə olunublar. Son illər təkcə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 50 ev tikilib, 21 əlilə minik avtomobili verilib.
Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin sədri  Allahverdi Qənbərov, əlillər Əli Zamanov,  Şaban Bulutxanov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər