Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Qaraməmmədli kəndində səyyar qəbul keçirib

15 noyabr 2018 | 11:00

Noyabrın 15-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaraməmmədli kəndində səyyar qəbul keçirib.
  Görüşdə vətəndaşlar tərəfindən əlavə örüş sahəsinin ayrılması, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, fərdi yaşayış evlərinə ziyan dəyməməsi məqsədilə su arxlarının təmizlənməsi ilə qrunt sularının qarşısının alınması, həmçinin sakinləri narahat edən digər sosial problemlərin həlli ilə bağlı məsələlər qaldırılıb.
  Vətəndaşların müraciət və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib.

Keçidlər