Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr – Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub

08 noyabr 2018 | 11:00


Dövlət Bayrağı Günü münasibətilə Ağsu rayonunda təntənəli yığıncaq keçirilib.
  Bayram tədbirinin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Parkına gələrək Ümummilli Liderin abidəsi önünə çiçəklər düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
  Heydər Əliyev Mərkəzində təşkil olunan təntənəli yığıncaqda Azərbaycanın Dövlət Himni səsləndirilib.
  Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında yenidən qaldırıldığı bildirilib.
  İcra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın “Dövlətçiliyimizin və müstəqilliyimizin müqəddəs rəmzi” mövzusundakı məruzəsində, eləcə də çıxışlarda dövlətçiliyimizin, müstəqilliyimizin simvolu olan üçrəngli bayrağımızın bundan sonra əsrlər boyu başımız üstündə dalğalanacağı diqqətə çatdırılıb.
  Vurğulanıb ki, XX əsrin əvvəllərindən başlayaraq üçrəngli bayrağımızın yenidən dalğalanması üçün Azərbaycan xalqı gərgin mübarizə aparıb, döyüşüb, canını, qanını əsirgəməyib. Bu savaş 1918-ci ildən başlayıb, 1990-cı il 20 Yanvar faciəsindən, 1992-ci ildə törədilən Xocalı soyqırımından keçən uzun bir yol gəlib.
  Tədbirdə rayon məktəblilərin ifasında Dövlət Bayrağına həsr edilən şeirlər söylənilib

 

Keçidlər