Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ərəbmehdibəy kəndində vətəndaşları qəbul edib

24 oktyabr 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ərəbmehdibəy kəndində vətəndaşları qəbul edib.

  Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların  irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla qarşılanır.

  Kənd sakinləri çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə, həmçinin rayonda həyata keçirilən məqsədyönlü  tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıq və razılıqlarını bildiriblər.

  Görüşdə vətəndaşlar tərəfindən əsasən taxıl əkinləri üçün mineral gübrə verilməsinə, suvarma suyu ilə təminatın və içməli su ilə təchizatın yaxşılaşdırılmasına köməklik göstərilməsi və kənd tam orta məktəbində akt, idman zalı, eləcə də riyaziyyat ixtisaslı müəllim çatışmazlığı, kənd yollarının təmiri və bir sıra sosial təminat  məsələlərinin həlli qaldırılıb.

  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib.

  Səyyar qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov iştirak edib.


Keçidlər