Şriftin ölçüsü :

Saytın rəngi :

Göydəlləkli kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik modul tipli yeni buna istifadəyə verilib

12 oktyabr 2018 | 11:00

Rayonun daha bir yaşayış məntəqəsində - Göydəlləkli kəndində ümumi orta məktəb üçün 80 şagird yerlik modul tipli yeni binanın quraşdırılması başa çatıb. Oktyabrın 12-də kənd  sakinlərinin, müəllim və şagirdlərin iştirakı ilə yeni binanın açılış mərasimi keçirilib.
   Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, son 15 ildə təkcə Ağsuda ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələr üçün 28 yeni bina istifadəyə verilib.
    Açılış mərasimində, habelə rayon təhsil şöbəsinin müdiri Səftər Əlabbasov, məktəbin direktoru Heydər Abdullayev, kənd sakini Təşkilat Ağaverdiyev və başqaları çıxış edərək məktəb binasının inşasına görə minnətdarlıqlarını bildiriblər.
   Sonra şagirdlərin ifasında mahnı və şeirlər səsləndirilib.
   Qonaqlar ümumi orta məktəb üçün istifadəyə verilən modul tipli yeni binada yaradılan şəraitlə tanış olublar.

Keçidlər