Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıman kəndində modul tipli məktəb binası istifadəyə verilib

11 oktyabr 2018 | 11:00

Oktyabrın 11-də Hacıman kəndində ibtidai məktəb üçün 40 şagird yerlik yeni modul tipli tədris ocağı istifadəyə verilib.
   Açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.
  Çıxışlarda respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb. Diqqətə çatdırılıb ki, Göydəlləkli kəndində ümumi orta məktəb üçün 80 şagird yerlik modul tipli yeni bina da istifadəyə hazırdır. 
  Tədbirdə Dilman bələdiyyəsinin sədri Tərlan Səmədov, habelə valideynlər çıxış edərək təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
  Sonda qonaqlar yeni binada müasir inventar və avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri ilə tanış olublar.

Keçidlər