Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr – Beynəlxalq Müəllim Günü münasibətilə təntənəli yığıncaq keçirilib.

05 oktyabr 2018 | 11:00

5 oktyabr – Beynəlxalq Müəllim Günü münasibətilə keçirilən tədbiri rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov acaraq son illərdə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, qazanılan uğurlardan danışıb.
  Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. S.Mirzəliyeva ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, müəllim əməyinin cəmiyyətimizdəki mühüm əhəmiyyətindən danışıb.
  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülən şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Bəsti Nemətova, “Tərəqqi” medalı ilə təltif edilən Daşdəmirbəyli kənd tam orta məktəbin müəllimi Kəmaləddin Rüstəmov fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  Sonda bir qrup müəllimə fəxri fərmanlar təqdim edilib.

Keçidlər