Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ərəbsarvan kəndində vətəndaşları qəbul edib

04 oktyabr 2018 | 11:00

Oktyabrın 4-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ərəbsarvan kəndində vətəndaşları qəbul edib.

 Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların  irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Buda yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla  qarşılanır.

 Kənd sakinləri çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə həyata keçirilən məqsədyönlü  tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
    Görüşdə vətəndaşlar tərəfindən əsasən içməli su ilə təchizatın yaxşılaşdırılması, kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi, həmçinin sakinləri narahat edən digər məsələlər qaldırılıb.
    Vətəndaş müraciətləri və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib.

 

Keçidlər