Şriftin ölçüsü :

Saytın rəngi :

Sevil Mirzəliyevanın “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib

27 sentyabr 2018 | 11:00

Sentyabrın  27-də  Ağsu rayon İcra Hakimiyyətində  Azərbaycan Respublikası Prezidentinin 31 iyul  2018-ci il tarixli Sərəncamı ilə təltif olunan Mirzəliyeva Sevil Səməd qızının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim edilməsi mərasimi keçirilib.
   Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev  əvvəlcə ölkə başçısının Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Mirzəliyeva Sevil Səməd qızını bir daha təbrik edərək, ona fəaliyyətlərində uğurlar arzulayıb. Ə.Seyidəliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev cənabları tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində “Dövlət qulluğu haqqında” Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Bu sahədə Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli “Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” Sərəncamı dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir.
   Sonra Ənvər Seyidəliyev  “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və vəsiqəni rayon ictimaiyyəti qarşısında təntənəli surətdə rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Mirzəliyeva Sevil Səməd qızına təqdim edib.                 
      Çıxış edən dövlət qulluqçusu S.Mirzəliyeva  onun əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Keçidlər