Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Bico kəndində vətəndaşlarla görüşüb

20 sentyabr 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sentyabrın 20-də Bico kəndində vətəndaşlarla görüşüb.

  İcra hakimiyyətinin başçısı ölkədə aparılan sürətli sosial-iqtisadi inkişafdan danışaraq əhalinin rifah halının durmadan yaxşılaşdığını nəzərə çatdırıb. Vurğulanıb ki,   regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində strateji məhsulların yetişdirilməsi və əhalinin faydalı məşğulluğunun təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.

  Rayonun müəssisə, idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşlar tərəfindən Bico kəndinin problemlərinin həlli məqsədilə bəzi təkliflər də irəli sürülüb. Bunlar əsasən elektrik enerjisi ilə təchizatda, kənd yollarının təmirində olan çatışmazlıqlar və internet şəbəkəsinin olmaması ilə bağlı problemlərdir. Qaldırılan təkliflər ümumiləşdirilib və  icra edilməsi üçün müvafiq strukturlara göstərişlər verilib.

Keçidlər