Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Nuran kəndinə təbii qaz verilib

11 sentyabr 2018 | 11:00

Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması tədbirlərinə uyğun olaraq respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı kimi sentyabrın 11-də Ağsu rayonunun Nuran kəndinə təbii qaz verilib. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
  Bildirilib ki, 144 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 min 135 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12 min 668 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və tənzimləyici quraşdırılıb.
  Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
  Hazırda rayonun Hinqar, Nüydü və Gürcüvan kəndlərinin qazlaşdırılması üçün tikinti quraşdırma işləri davam etdirilir. 
  Sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər