Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rüfət Fətəlizadənin xatirəsi anılıb

10 avqust 2018 | 11:00

1995-ci il fevralın 17-də Ağsu rayonunun Padar kəndində dünyaya göz açan, 2014-cü il avqustun 10-da erməni qəsbkarlarının təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Rüfət Fətəlizadənin xatirəsi ehtiramla anılıb.
  Ağsu şəhərində Rüfət Fətəlizadənin uyuduğu qəbiristanlıqda keçirilən anım mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Mərasimdə çıxış edənlər şəhidin ömür yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Bildirilib ki, Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılan Rüfət Fətəlizadə 2014-cü il avqustun 10-da cəbhənin Tovuz rayonu istiqamətində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
  Torpaqlarımızın işğalından, erməni təcavüzkarlarının törətdikləri qətliamlardan danışan natiqlər bu gün regionun ən güclü ordusuna malik Azərbaycanın düşmənə hər an sarsıdıcı zərbə endirmək qüdrətinə malik olduğunu bildiriblər.
  Mərasimdə şəhid Rüfət Fətəlizadənin ruhuna dualar oxunub.

Keçidlər