Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda taxıl biçini kampaniyasına başlanılıb

06 iyun 2018 | 11:00

Ağsu rayonunda bir neçə gündür ki, taxıl biçini kampaniyasına başlanılıb. Hazırda dağətəyi və düzən ərazilərin məhsulu yığılır.
  Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, cari ilin məhsulu üçün 32 min 323,8 hektarda taxıl yetişdirilib. İlkin olaraq arpa biçilir. Zəmilərə hər gün 35-38 kombayn çıxarılır. Hazırda hər yerdə bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib.
  Son vaxtlar əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq əldə olunan nəticələr fermerləri və fiziki şəxsləri qane edir. Belə ki, hər hektardan orta hesabla 29 sentner arpa götürülür. Bu da ötənilki göstəricidən 6 sentner çoxdur. Bir sıra ərazilərdə, o cümlədən Padarqışlaq, Kəndoba, Cəlayir, Ərəbmehdibəy və sair yerlərdə məhsuldarlıq daha yüksəkdir. Mütəxəssislər buğda zəmilərindən daha yüksək məhsuldarlıq əldə olunacağını söyləyirlər.
 

Keçidlər