Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Bəyimli kənd sakinləri ilə səyyar görüş-qəbul keçirib

31 may 2018 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Bəyimli kənd sakinlərini qəbul edib.
    Vurğulanıb ki, ölkə  başçısının  tapşırığına  əsasən  bilavasitə  yaşadığı  yerlərdə  vətəndaşlarla  keçirilən görüşlər onların qarşılaşdığı çətinliklərin və problemlərinin operativ qaydada həllinə kömək edir.
   Səyyar qəbulda çıxış edən sakinlər görülən işlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirərək  kənddə hələ də mövcud olan bir sıra sosial problemləri və onları  narahat  edən  yerli  məsələləri  diqqətə  çatdırıblar.
   Görüşdə vətəndaşlar tərəfindən içməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi  və digər sosial məsələlərin həlli qaldırılıb. Qeyd olunan məsələlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar  verilib.

Keçidlər