Şriftin ölçüsü :

Saytın rəngi :

“Az-Granata” MMC-nin rayondakı şirə və şərab emalı zavodunda Novruz tədbiri keçirilib

17 mart 2018 | 11:00

Ağsu rayon İcra Hakimiyyətinin və “Az-Granata” MMC-nin birgə təşkilatçılığı ilə meyvə şirələri və şərab emalı zavodunun həyətində təşkil edilən bayram şənliyində Bahar qızının, Kosa və Keçəlin təbrikləri, məzəli oyunları, kəndirbazın çıxışı tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Ulularımızın işlətdikləri məişət əşyalarının sərgisi hər kəsdə böyük maraq doğurub.
  Respublikamızın tanınmış incəsənət ustalarının – aşıq və müğənnilərin çıxışları bayram şənliyinə əlavə rəng qatıb.
  Sonra Novruz tonqalı qalanıb. Şənlik bayram süfrəsi arxasında davam etdirilib.

Keçidlər