Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda taekvondo idman növü üzrə açıq rayon birinciliyinə start verilib

14 mart 2018 | 11:00

Ağsuda rayon icra hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanları Yusif Əliyevin və Şamil Ramazanovun xatirəsinə həsr olunan taekvondo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyinə start verilib.
  Pirhəsənli kənd tam orta məktəbin idman zalında təşkil olunan birincilikdə 8 şəhər və rayondan - Bakı, Ağsu, Göyçay, Qəbələ, Saatlı, Yevlax, Şamaxı və Qaradağdan, ümumilikdə, 12 komanda iştirak edib. Yarışlarda 2 yaş qrupu üzrə, 30 çəki dərəcəsində 126 idmançı qüvvəsini sınayıb.
  Açılış mərasimində dövlət himni səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək idmançılara uğurlar arzulayıb, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan, Azərbaycanın idman uğurlarından danışıb.
  Sonra yarışlara start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışların ilk günündə ayrı-ayrı çəki dərəcəsi üzrə I, II və III yerləri tutan oğlan və qızlardan ibarət yeniyetmə idmançılara Ağsu rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
  Açıq rayon birinciliyi üç gün davam edəcək.

Keçidlər