Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib

11 mart 2018 | 11:00

Dövlət İmtahan Mərkəzi (DİM) martın 11-də respublikamızın bir sıra şəhər və rayonlarının, o cümlədən Ağsu ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanlarının birinci mərhələsini keçirib.
   Ağsu Rayon Təhsil Şöbəsinin DİM üzrə əlaqələndiricisi Cabir Alcanov  bildirib ki, imtahanlarda Ağsu rayonunun ümumtəhsil müəssisələrindən 677 nəfər 9-ci sinif şagirdi iştirak edib. On dörd nəfər isə üzrlü səbəblərə görə imtahanda iştirak edə bilməyib.
   Buraxılış imtahanları səhər 1 və 3 saylı tam orta məktəblərində aparılıb. Hər iki məktəbdə imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb. Məktəblər mühafizə xidməti, həkim və tibb işçiləri ilə də təmin olunub.
   İmtahanlar 2 imtahan rəhbərləri və 56 nəzarətçi müəllimin iştirakı ilə keçirilib.

Keçidlər