Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü təntənəli bayram tədbiri ilə qeyd olunub

07 mart 2018 | 11:00

Bayram süfrəsi arxasında təşkil edilən mərasimdə dövlət qulluğunda, təhsildə, sosial-iqtisadi və ictimai-mədəni həyatda fərqlənən 200 nəfərədək qadın iştirak edib.
   Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları təbrik edib, ölkəmizdə qadınlara göstərilən diqqətdən, qadın əməyinə verilən qiymətdən danışıb.
   Əməkdar Müəllim adına yenicə layiq görülən Rəhilə Musayeva bildirib ki, Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olub, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr verib. “Qadını sevindirmək, qadını güldürmək bəşəriyyəti sevindirmək, bəşəriyyəti güldürməkdir”, - deyən R.Musayeva əməyinə verilən yüksək qiymət üçün Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
   Rayon musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirində bir qrup fəal qadına rayon icra hakimiyyətinin fəxri fərmanı, habelə bütün iştirakçılara qiymətli hədiyyələr verilib.

Keçidlər