Şriftin ölçüsü :

Saytın rəngi :

Qızlardan ibarət komandalar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib

05 mart 2018 | 11:00

Martın 5-də A.Nadirov adına Ağsu şəhər 1 №-li məktəb-liseydə ümumtəhsil tam orta məktəblərinin qızlardan ibarət  komandaları arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd “8 Mart - Beynəlxalq Qadınlar Günü”nü yüksək səviyyədə qeyd etməklə yanaşı qız voleybolunun inkişafına nail olmaq və rayonun qızlardan ibarət yığma komandasının tərkibinə yeni idmançıları cəlb etmək olmuşdur.
   Birincilikdə ümumilikdə  8  tam orta məktəb komandasından 86 nəfər idmançı iştirak etmişdir. Yarış Olimpiya sistemi üzrə (uduzan çıxır) keçirilib.
   Birinci   yerə A.Nadirov adına Ağsu şəhər 1 №-li məktəb-liseyin, ikinci yerə 4 saylı şəhər tam orta məktəbinin, üçüncü yerlərə isə S.Umbayev adına şəhər 2 saylı   və P.F.Mirzəyev adına şəhər 5 saylı tam orta məktəbinin komandaları layiq görülmüşlər.
  Yarışın qaliblərinə Ağsu rayon Gənclər və İdman idarəsinin qiymətli hədiyyələri və diplomları təqdim olunub.

Keçidlər