Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı soyqırımı” şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilmişdir

24 fevral 2018 | 11:00

Rayonun yeniyetmə və gəncləri arasında  “Xocalı soyqırımı” şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat yarışı keçirilmişdir.  Uşaq-Gənclər İdman-Şahmat məktəbində  iki  gün davam edən yarışa  Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra start verilmişdir.  

   Yarışda qızlar bir qrupda, oğlanlar isə iki qrupda (10 və 16 yaşadək olan məktəblilər) iştirak etmişlər. Yarışda ümumilikdə 58  şahmatçının qatıldığı yarış dairəvi sistem üzrə keçirilmişdir.Hər qrupda I, II  və III yerlərə layiq görülən şahmatçılara   rayon Gənclər və İdman idarəsinin diplomları, Təhsi İşçiləri Azad Həmkarlar İttifaqı  rayon komitəsinin qiymətli hədiyyələri və fəxri fərmanları təqdim olunmuşdur.

Keçidlər