Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda kütləvi tibbi müayinədən 79 mindən çox sakin faydalanacaq

16 fevral 2018 | 11:00

Ölkə əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi ilə əlaqədar fevralın 12-dən başlanan və mayın 12-dək davam edəcək kampaniya Ağsu rayonunda da uğurla aparılır.
   Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu humanist aksiyadan 79 min nəfərdən çox sakin faydalanacaq.
   Müayinə rayon mərkəzi xəstəxanasında və 8 həkim məntəqəsində - Gəgəli, Bico, Kəndoba, Ərəbmehdibəy, Kalva, Padar, Qaraqoyunlu və Növcü kəndlərində aparılır. Xəstəxana və həkim məntəqələri hərtərəfli müayinə üçün ixtisaslı həkimlər və lazımi tibbi avadanlıqlarla təchiz olunub. Təşkil edilən 4 səyyar həkim briqadası yerlərdə olur, habelə mərkəzi xəstəxanaya və məntəqələrə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.
   Bu günədək rayon üzrə 3458 nəfər tibbi müayinədən keçib. Onlardan 112 nəfər ambulator, 2 nəfər stasionar müalicəyə cəlb edilib. Daha 2 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılan tibb müəssisələrinə göndərilib.'

Keçidlər