Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək

29 yanvar 2018 | 11:00

Bu il Ağsuda Abbasxanlı kənd tam orta, Sanqalan və Ərəbsarvan kənd ümumi orta məktəbləri üçün modul tipli yeni binalar tikiləcək.
  Ötən il respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsuda da yeni məktəb binaları tikilib, təhsil müəssisələrinin bir qismi əsaslı təmir edilib, onların maddi-texniki bazası mökəmləndirilib. Belə ki, 80 yerlik Göydəlləkli ümumi orta və 40 yerlik Hacıman kənd ibtidai məktəbləri üçün yeni, hər cür şəraiti olan modul tipli binalar inşa olunub. Padar, Cəfərli kənd ümumi orta və Suraxanı kənd ibtidai məktəb binaları əsaslı, daha üç kənd məktəb binası isə cari təmir edilib.

Keçidlər