Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Ağsu rayonunda 1850 daimi iş yeri açılıb

21 yanvar 2018 | 11:00

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, sahibkarlar göstərilən dövlət dəstəyi Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan yaradır.
  2017-ci ildə rayonda 1850 daimi iş yeri açılıb. Həmin iş yerlərinin 16-sı yeni yaradılan müəssisələrdə, 233-ü mövcud müəssisə və təşkilatlarda, 1601-i isə fiziki şəxslərdədir.
  Aqrar  sektorda aparılan islahatların, pambıqçılıq, baramaçılıq kimi ənənəvi sahələrin dirçəldilməsinin nəticəsi olaraq rayonda minlərlə mövsümi iş yerləri də yaranır. Təkcə pambıqçılıq sahəsində ötən il 1600 nəfər işçi çalışıb.

Keçidlər