Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda kənd təsərrüfatının inkişafında 6,1 faiz artım qeydə alınıb

20 yanvar 2018 | 11:00

Ölkəmizin kənd təsərrüfatında aparılan islahatlar aqrar bölgə olan Ağsu rayonunda da iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib.
  2017-ci ildə Ağsu rayonunda   da kənd təsərrüfatının inkişafında 6,1 faiz artım qeydə alınıb. Belə ki, ötən il aqrar sektorda 75,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ildən 4,4 milyon manat çoxdur. Məhsul istehsalının 36,6 faizi bitkiçilik sahələrindəndir. Təkcə keçən il pambıq istehsalı əvvəlki ilə nisbətən 2,7 dəfə artaraq 2786,8 tona çatıb.
  Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq rayonda ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində görülən işlər artıq öz nəticəsini verir. Belə ki, 2016-cı ildə cəmi 35 nəfər fiziki şəxsin çalışdığı 1092 hektarda pambıq əkildiyi halda, ötən il 159 nəfər tərəfindən 2500,8 hektarda məhsul yetişdirilib. Baramaçılığa da maraq artıb. 2017-ci ildə baramaçılıqla məşğul olanların sayı iki dəfədən çox artaraq 52 nəfərə çatıb. Barama istehsalı 1691 kiloqramdan 5492 kiloqrama çatıb. Aqrar sektora göstərilən dövlət dəstəyi, verilən subsidiyalar insanların ixracyönümlü, eləcə də yerli şərait üçün əlverişli olan kənd təsərrüfatı məhsullarının istehsalına marağını artırıb.

Keçidlər