Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

17 yanvar 2018 | 11:00

Ağsuda rayon Gənclər və İdman idarəsinin, təhsil şöbəsinin və uşaq-gənclər idman şahmat məktəbinin birgə təşkilatçılığı ilə qanlı Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yanvarın 17-dən start götürən yarışlar iki gün davam edəcək. Yarışlar 10 yaşa qədər və 10 yaşdan 16 yaşadək olmaqla iki yaş qrupunda təşkil olunub.
      Dairəvi sistem üzrə keçirilən yarışlarda 52 nəfər məktəbli iştirak edir. Hər yaş qrupu üzrə I, II və III yerləri tutan məktəbli şahmatçılar rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

 

Keçidlər